Ölkə 11:45 01.07.2022

Türkiyədə torpaq uçqunu: Azərbaycanlı sürücü həlak oldu (YENİLƏNİB/FOTO)

Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən azərbaycanlı sürücünün şəxsiyyəti məlum olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) İB-nin nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu məlumat verib.

"Arvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub. 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimovdur", - o bildirib. 

10.55
 
Türkiyənin Artvin vilayətində torpaq uçqunu baş verib. Hadisə zamanı bir azərbaycanlı sürücü həlak olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) İB-nin nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu məlumat verib.

ABADA rəsmisi bildirib ki, uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü xəsarət alıb.

Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb.

Allah rəhmət eləsin.