Dünya 01:14 07.02.2023

Türkiyədə zəlzələ qurbanlarının sayı 2 316 nəfərə çatıb, 13 mindən çox yaralı var (YENİLƏNİB)

Türkiyədə güclü zəlzələ nəticəsində həlak olanların sayı 2 316 nəfərə, yaralananların sayı isə 13 min 293 nəfərə çatıb.

"Report”un xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.

 23:30
 
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762-ə çatıb, 12 068 yaralı var.

Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 5 606 bina dağılıb. 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

 23.30

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Qaynarinfo xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.

17.39
 
Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Qaynarinfo xəbər verir ki, son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1 121-ə yüksəldiyi, 7 634 nəfərin yaralandığı açıqlanıb.

2 834 bina dağılıb.
 
16.20

Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb. 

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
14:13

Türkiyədəki zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, 5385 nəfər yaralıdır.

11.06
 
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır.

Qaynarinfo xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb.

O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.
 
09.00

Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 76-ya çatıb. Yaralıların sayının yüzlərlə olduğu bildilir. 

Qaynarinfo xəbər verir ki, Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 17-ə çatıb.
 
 07:53

Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 6.98 km dərinlikdə şəhərin Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə 05:26-da baş verib.

Məlumata görə, bölgədə təkrar təkanlar davam edir.
 
07:43
 
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Zəlzələ Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Çox sayda yaşayış binasının və ictimai-iaşə obyektlərinin dağıldığı bildirilir.