Dünya 01:36 12.02.2023

Türkiyədə zəlzələdə ölənlərin sayı 24 mini keçdi

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Bundan sonra daha bir neçə güclü təkan qeydə alınıb. Təbii fəlakət Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. 

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.