İdman 15:45 12.08.2022

UEFA Konfrans Liqasında məğlub olan klublarımıza pul ayırdı

UEFA Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirak edə klublarımızın hesabına vəsit köçürüb.
 
Qaynarinfo xəbər verir ki, UEFA tərəfindən ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə "Neftçi”, "Qəbələ” və "Zirə”nin hesabına köçürülüb:
 
"Neftçi” – 100 000.00 (yüz min) avro
"Qəbələ” – 450 000 (dörd yüz əlli min) avro 
"Zirə” – 450 000 (dörd yüz əlli min) avro
 
İlk təsnifat mərhələsində "Zirə" İsrail klubu "Makkabi"yə (Təl-Əviv), "Qəbələ" də Macarıstan klubu "Fehrvar"a məğlub olaraq mübarizəni dayandırıb. "Neftçi" isə üçüncü təsnifat mərhələsində iki oyunun nəticəsinə görə Avstriya "Rapid"inə məğlub olaraq Konfrans Liqasını tərk edib.
 
Səbuhi Həsənov