Dünya 21:37 03.10.2022

Ukrayna ATACMS raketlərini əldə etmək üçün ABŞ-a bunu təklif etdi

Ukrayna hakimiyyəti Vaşinqtona ATACMS raketlərini əldə etmək üçün Rusiyaya qarşı müharibədə Ukrayna Silah Qüvvələrinin hədəfləri üzərində tam məlumat və nəzarət təklif edib.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN bir neçə rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, belə prosedur ABŞ-a Ukraynanın Rusiyaya hücumlarına veto hüququ verir.

Beləliklə, Ukrayna hakimiyyəti Co Bayden administrasiyasını inandırmaq istəyir ki, ATACMS raketlərinin verilməsi Rusiya Federasiyasının ərazisinə zərbələr endirmələsi anlamına gəlməyəcək.

Nizami Bağırov