Dünya 20:03 17.01.2023

Ukrayna PUA operatorlarından ruslara qarşı görünməmiş hiyləgərlik (VİDEO)

Ukrayna Silahlı Qüvvələrinin PUA operatorlarının məharəti o həddə çatıb ki, onlar nəinki kəşfiyyat aparır, zərbələr endirir, işğalçıların üzərinə mina atmaqla yanaşı, həm də qənimət texnika ələ keçirirlər.

Qaynarinfo xəbər verir ki, belə nümunələrdən biri sosial şəbəkələrdə məşhur ukraynalı şoumen və könüllü Sergey Pritula tərəfindən yayımlanıb.

Bu, pilotsuz uçuş aparatının rusiyalıların dağıdılmış mövqelərinə necə uçduğunu və məhv edilmiş rusiyalılardan birinin ratsiyasının uğurla götürərək özü ilə necə apardığını göstərir.

"Bu giclər rabitəni kəsməyiblər, ona görə də bizimkilər daha doqquz gün işğalçıların gizli söhbətlərinə qulaq asıblar. Nə qədər çox danışıq olub, bir o qədər az işğalçı qalıb”, - deyə Pritula bildirib.

Nizami Bağırov