Ukraynanı dəstəkləmək üçün silah tədarük edən ölkələr onların üçüncü tərəflərə çatmamasını təmin etməlidirlər.
Qaynarinfo xəbər verir ki, bunu BMT baş katibinin müavini, tərksilah məsələləri üzrə ali nümayəndə İzumi Nakamitsu təşkilatın Təhlükəsizlik Şurasının iclasında
bildirib.
O, dövlətləri bu cür halların qarşısını almaq üçün effektiv silahlara nəzarət tədbirləri tətbiq etməyə çağırıb.
Diplomat vurğulayıb ki, ölkələr münaqişə zonasında vəziyyəti çətinləşdirməmək üçün onların tədarük etdiyi silah və sursatların yenidən istiqamətləndirilməsinin qarşısını almalıdırlar. Nakamitsu vurğulayıb ki, silahlara diqqətli nəzarət regionda və ondan kənarda təhlükəsizlik təhdidlərinin yaranmasının qarşısını alacaq.
Alpər
Şərhlər