Foto 20:00 21.01.2023

Ukrayna uğrunda döyüşən azərbaycanlı Baxtumda həlak oldu (FOTO)

Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda daha bir soydaşımız həlak olub.

Bu barədə Qaynarinfo-ya Ukraynada yaşayan azərbaycanlı jurnalist Anar Ağazadə məlumat verib.

Əslən Oğuz rayonundan olan 1974-cu il təvəllüdlü Məmmədov Elçin Telman oğlu savaşa qədər Odessada yaşayıb. Döyüşlərə könüllü olaraq Xerson istiqamətində başlayan soydaşımız Baxmut uğrunda döyüşlərdə həlak olub.

Elçin Məmmədovun ukraynalı xanımı da bir neçə il öncə dünyasını dəyişibmiş. Onların bir oğlu, bir qızı var.

Aydın