Dünya 11:43 27.03.2023

Ukraynada demobilizasiya olacaqmı? - Hərbi ekspert Oleq Jdanov cavab verdi

Ukraynada müharibə uzanarsa və ya mövqe müharibəsinə çevrilərsə, demobilizasiya baş verə bilərmi? 

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu sualla hərbi ekspert Oleq Jdanova müraciət edilib.
 
O, YouTube kanalında bildirib ki, səfərbərlik zamanı orduya çağırılanların hamısı hərbi vəziyyət aradan qaldırılana qədər öz yerlərində qalacaqlar.

"Hərbi vəziyyət aradan qaldırılana qədər səfərbər olunanların hamısı Ukrayna Silahlı Qüvvələrinin sıralarında olacaq", - Jdanov izah edib.

Onun sözlərinə görə, hərbi vəziyyət aradan qaldırılan kimi Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərxis oluna və evə göndərilə bilən hərbçilərin kateqoriyalarını müəyyən edəcək.

Qalanların hamısı bu müharibənin vəzifələri tam həll olunana qədər xidmətdə qalacaq.

Xatırladaq ki, tammiqyaslı müharibənin başladığı gün, 2022-ci il fevralın 24-də Ukraynada hərbi vəziyyət tətbiq olunub, o vaxtdan onun müddəti bir neçə dəfə uzadılıb. Hazırda mayın 20-dək qüvvədədir.

Səfərbərlik zamanı möhlət almaq və ya hərbi qeydiyyatdan kənarlaşdırmaq üçün qanuni əsasları olmadıqda, 18 yaşdan 60 yaşa qədər hərbi xidmətə cəlb olunan Ukraynanın bütün vətəndaşları hərbi xidmətə çağırıla bilər.

Ukraynada hərbi vəziyyət dövründə hərbi xidmətə cəlb olunan kişilərin ölkədən kənara çıxması qadağandır, lakin istisnalar var.

Alpər