Foto 14:34 18.02.2023

Ukraynada yaşayan soydaşlarımız Türkiyəyə yardım etdi (FOTO)

Ukraynada yaşayan soydaşlarımız çətin həyat şərtlərinə baxmayaraq, zəlzələ fəlakəti yaşayan qardaş Türkiyə xalqına dəstəyini əsirgəmir. Diaspor fəalı, "Güclü Azərbaycan” İctimai Birliyinin sədri Azər Əliyev bu məqsədlə Türkiyə səfirliyində olub, matəm dəftərinə ürək sözlərini yazıb. 

Bu barədə Qaynarinfo-ya Odessada yaşayan jurnalist Anar Natiqoğlu məlumat verib.

Bundan başqa, A.Əliyev şəxsi təşəbbüsü ilə Kahramanmaraşdakı çadır şəhərciyinə 3 ədəd (təxminən 6 min ABŞ dolları) generator bağışlayıb.

Əslən Borçalıdan olan A.Əliyev illərdir ki, Kiyev şəhərində yaşayır,. O, Milli Aviasiya Universitetinin elmi işçisidir.