Ölkə 11:21 17.05.2023

Şuşa Qoruğuna yeni icraçı direktor təyin olundu (FOTO)

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində (ŞŞDQİ) yeni təyinat olub.
Ətraflı

Qoruqdan Qaynarinfo-ya bildirilib ki, təyinatla bağlı qərar Müşahidə Şurasının növbəti rüblük iclasında verilib.

Müşahidə Şurasının yekdil qərarına əsasən, ŞŞDQİ-nin icraçı direktor səlahiyyətlərini icra edən, icraçı direktorun müavini Tural Novruzov İcraçı direktor vəzifəsinə təyinat alıb.