Ölkə 08:39 01.07.2022

Vətən müharibəsi qazisinin toyu oldu, mənzil hədiyyə edildi (VİDEO)

Daha bir Vətən müharibəsi qazisinə toyunda mənzil təqdim olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu "Facebook" hesabında yazıb:

"Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezidentin adından toyu olan qazi Kənana üçotaqlı mənzilin açarlarını və sənədlərini təqdim etdi! Xoşbəxt olsun!”.

Qeyd edək ki, toyda ƏƏSMN-in tabeliyində olan Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behdudov, Nizami rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov da iştirak edib.