Ölkə 10:06 14.11.2022

Vətən müharibəsi şəhidinin qardaşı vəfat etdi (FOTO)

Vətən müharibəsi şəhidi Yolçu Babazadənin ailəsinə daha bir ağır itki üz verib.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, şəhidin qardaşı Rəsul Babayev dünyasını dəyişib. Onun bir müddətdir qan xərçəngindən əziyyət çəkdiyi və bu səbəbdən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, 19 yaşlı Yolçu Babazadə 2020-ci ilin 7 oktyabrında şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.