Sənət 12:21 18.05.2023

Vətən müharibəsində baş verən real hadisələr tamaşa oldu

Gənc Tamaşaçılar Teatrı yeni tamaşanın təqdimatına hazırlaşır.

Teatrdan Qaynarinfo-ya verilən məlumata görə, mayın 27-28-də İlqar Fəhminin eyniadlı əsəri əsasında "Balaca kişilər” tamaşası nümayiş olunacaq. Səhnə əsəri İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir.

Qeyd edək ki, tamaşanın rejissoru Əməkdar artist Nicat Kazimovdur. 

Tamaşada əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Kərimov, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Rasim Cəfərov, Araz Pirimov, Bəhram Əliheydər, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, Nurlan Süleymanlı, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, Mirzəağa Mirzəyev rol alıb.

Bahar Rüstəmli