Ölkə 15:57 27.10.2022

Vilayət Eyvazov yeni yaradılan polis bölməsinə rəis təyin etdi

Azərbaycanda yeni yaradılan polis bölməsinə rəis təyin edilib.

"Qafqazinfo"nun məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Allahverdiyev Vilayət Hüseyn oğlu Balakən RPŞ-nin tabeliyindəki Qabaqçöl Polis Bölməsinə rəis təyin olunub.

Qeyd edək ki, o, daha əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi və Astara Rayon Polis Şöbəsinin rəis müavini vəzifələrində çalışıb.

Xatırladaq ki, Qabaqçöl Polis Bölməsi bu ilin fevralında yaradılıb. V.Allahverdiyev həmin bölmənin ilk rəisi olacaq.