Avropa Komissiyasının sədri Ursula fon der Leyen AK-nin Rusiyanın hərəkətlərini hərbi yolla dəstəklədiyinə görə Belarus və İrana qarşı yeni sanksiyalar tətbiq etmək planlarını açıqlayıb.
Qaynarinfo bu barədə "İnterfaks”a istinadla xəbər verir.
O, NATO-nun baş katibi Yens Stoltenberq və Avropa Şurasının prezidenti Çarlz Mişellə birgə mətbuat konfransında deyib:
"Biz Belarusa qarşı yeni sanksiyalar paketi hazırlamaq niyyətindəyik”.
Eyni zamanda, o, bir daha Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib.
Alpər
Şərhlər