İdman 19:32 17.03.2023

Vüqar Əsgərli: "8 ayda burada az iş görməmişik"

"Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərlinin mətbuat konfransı keçirilib.
 
Qaynarinfo-nun məlumatına görə Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutan "Qəbələ” ilə səfər oyunundan sonra mütəxəssis bunları deyib::

"Çempionatın sonları yaxınlaşdıqca həyəcan artır. Hər qazanılan xal komandanın elitada qalması üçün önəmlidir. Bilirdik ki, "Qəbələ”nin qışdan sonra 1 qələbəsi var. Bizi çox çətin görüş gözlədiyinin fərqindəydik. Təəssüf ki, ilk yarıda komanda verilən tapşırıqların öhdəsindən gəlmədi. İkinci yarıda daha yaxşı göründük. Elitada qalmq üçün bacardığımızı edəcəyik. 4-5 futbolçumuzu başqa klublar istəyir. 8 ayda burada az iş görməmişik”.
 
Səbuhi Həsənov