Ölkə 09:48 02.08.2022

Vüqar Qurbanovdan iki təyinat

Azərbaycanın iki rayonuna yeni baş həkim təyin olunub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB sədri Vüqar Qurbanov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Məcid Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru vəzifəsindən azad edilib.

TƏBİB sədrinin digər əmri ilə o, Şəki RMX-nın direktoru təyin edilib. 

Zaqatala RMX-nın direktoru postuna isə Tamara Nurəliyeva təyinat alıb. 

Tamara Nurəliyeva buna qədər  Zaqatala MRX-nın drektor müavini vəzifəsində çalışıb.