İdman 13:23 25.04.2023

Vurğun Hüseynov: “Şəhərin tək komandasıdır, ailəsinə çörəkpulu aparanlar var”

Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində baş tutan "Sumqayıt” -  "Qəbələ” matçı qonaqların 3:2 hesablı qələbəsi ilə bitdi. Maraqlısı odur ki, bölgə təmsilçisi hesabda 0:2 geridə olduğu halda 90 dəqiqənin sonunda oyunu nəticəsini öz xeyrinə dəyişməyi bacardı. Təbii ki, Samir Abasovun baş məşqçisi olduğu komanda üçün ağır məğlubiyyət sayılır…

"Sumqayıt”ın kapitanı Vurğun Hüseynov bu qarşılaşmada sarı vərəqə limitini doldurduğu üçün meydana çıxa bilmədi. 35 yaşını bu gün tamamlayan təcrübəli müdafiəçi Qaynarinfo-ya açıqlamasında məğlubiyyətin səbəblərini belə izah etdi:

"Həqiqətən oyuna yaxşı hazırlaşmışdıq. Hesabda 2:0 öndə olduğumuz oyunda gözlənilməz şəkildə uduzduq. Düşünürəm ki, belə məqamlar 100 oyundanbir olur. 18 dəqiqəyə 3 qol buraxmaq həqiqətən ağırdır. İnşallah əlimizi, qolumuzu yanımıza salmayacağıq. Baxımlı oyun var. Bu matçı yaddan çıxarmağa məcburuq. Çünki daha çətin Gəncə səfəri var”.

Hüseynov fiziki cəhətdən rəqibdən zəif olmasalar da, bunu arxayınlıq və oyuna köklənə bilməməklə əlaqələndirdi:

"90-cı dəqiqədən sonra iki gözəl qol epizodumuz oldu. Fiziki cəhətdən zəif olsaydıq heç rəqib qapının qarşısına çıxıb gedə bilməzdik. Sadəcə, bir qədər arxayınlıq oldu, oyuna köklənə bilmədik. Düşünmədiyimiz anlarda qollar buraxdıq. Əminəm ki, bu durumdan çıxacağıq. Uşaqlarla söhbət etdik. Futboldur, bundan dərs çıxarıb tam ciddiyyətlə növbəti oyuna hazırlaşacağıq. Buna məcburuq, başqa variantımız yoxdur. Bu dəfə uduzsaq, sonuncu yerə düşə bilərik. Şəhərin tək komandasıdır, nə qədər insan çalışır. Ailəsinə çörəkpulu aparanlar var. İnşallah əl-ələ verib bu durumdan çıxacağıq. Məğlubiyyəti unudub, növbəti oyuna hazırlaşacağıq. Hər halda əlimizə qılınc alıb irəli getməyəcəyik, ağıllı oynayacağıq, öz oyun üslubumuz var. Məşqçinin tapşırılqarına əsasən meydana çıxıb mübarizə aparacağıq”.

Kapitan buraxılan qollarda həm müdafiəçilərin həm də hücumçuların səhvi olduğunu vurğuladı:

"Futbol kollektiv oyundur. İstər hücumçunun, istər son müdafiəçinin etdiyi səhv komandanın başında "çatlayır”. Qol buraxılırsa bütün komandanın günahı var. Qol vururuqsa hamının əməyi var. Müdafiəçi və ya hücumçuları fərqləndirmək olmaz. Mən oynamadım, amma səhvim oldu. Ola bilər ki, kapitan kimi hansısa futbolçu ilə danışmamışam. Uduzmuşuqsa, hər birimizin səhvi var”.

Səbuhi Həsənov

Sorğu


Notice: Undefined index: id
file/cache/template/qaynar_block_qaynar.block.query.php : 11   AIN_Error::errorHandler(8, "Undefined index: id", "file/cache/template/qaynar_block_qaynar.block.query.php", 11, Array(3))
include/library/ain/template/template.class.php : 182   require("file/cache/template/qaynar_block_qaynar.block.query.php")
file/cache/template/frontend_qaynar_module_qaynar_template_controller_article.html.php.php : 347   AIN_Template->getBuiltFile("qaynar.block.query")
include/library/ain/template/template.class.php : 86   require("file/cache/template/frontend_qaynar_module_qaynar_template_controller_article.html.php.php")
include/library/ain/template/template.class.php : 140   AIN_Template->_requireFile("theme/frontend/qaynar/module/qaynar/template/controller/article.html.php")
include/library/ain/template/template.class.php : 586   AIN_Template->_getFromCache("theme/frontend/qaynar/module/qaynar/template/controller/article.html.php", "qaynar.controller.article")
include/library/ain/module/module.class.php : 271   AIN_Template->getTemplate("qaynar.controller.article")
file/cache/template/frontend_qaynar_template_template.html.php.php : 193   AIN_Module->getControllerTemplate()
include/library/ain/template/template.class.php : 86   require("file/cache/template/frontend_qaynar_template_template.html.php.php")
include/library/ain/template/template.class.php : 140   AIN_Template->_requireFile("theme/frontend/qaynar/template/template.html.php")
10 include/library/ain/template/template.class.php : 69   AIN_Template->_getFromCache("theme/frontend/qaynar/template/template.html.php")
11 include/library/ain/ain/ain.class.php : 534   AIN_Template->getLayout("template")
12 index.php : 26   AIN::run()