Foto 14:00 27.11.2022

Xalq artisti Avropada “Ən yaxşı aktyor” seçildi (FOTO)

Xalq artisti Qurban İsmayılov "Tallinn Black Nights” Film Festivalında (PÖFF) "Ən yaxşı aktyor” nominasiyası üzrə qalib olub.

Qaynarinfo xəbər verir ki, bu haqda layihənin prodüserlərindən olan Fariz Əhmədov məlumat paylaşıb.

Qeyd olunub ki, sənətçi "Mərmər soyuğu” filmindəki roluna görə sözügedən mükafata layiq görülüb.