Maqazin 15:16 10.08.2022

Xalq artistinin oğlundan atasına baş çəkən aktyorlara ağır mesaj...

"Evimizdə kəsdiyiniz çörək belə sizin haramınız olsun”.

Qaynarinfo xəbər verir ki, Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz atasının xəstə olduğu günlərdə ona baş çəkməyə getmiş dostlarını günahlandırıb. Cavidan Novruz atası ilə bağlı məlumatların mətbuatda yer almasında onları günahlandırıb. O bu səbəbdən atasının dostlarının ünvana çox ağır sözlər deyib:

"Atamın pis xəbəri çıxan günlərdə, hamımızın üzüntülü, depressiyada olduqu bir vaxtda, guya halımıza yanırmış kimi zəng edib, guya maraqlanırmış kimi təlxəklik edən, amma öz mənafeyin güdən, hər şeydə yarımçıq papaq olan bəzi şərəfsizlərə və saytlara, bu xəbəri yayaraq atamı daha da depressiyaya salanlara demək istəyirəm ki, sizin bu murdarlıqlarınızı, şərəfsizliklərinizi nə atam, nə ailəm, nə də mən bağışlayacağam. Atamın yanınızda hər zaman olduğu və göstərdiyi sayğı, hörmət belə haramınız olsun! Ona görə ki, ancaq neqativ xəbərləri sevinə-sevinə yaydınız! Xoş bir şey olanda görməzdən gəldiniz. Çünki şərəfsizsiniz. Mən bunu unutmadım. Utanın sadəcə...”

Cavidan Novruz atasının səhhətinin normala düşdüyünü qeyd edib və həkimlərə təşəkkürünü bildirib:

"Ata, hər zaman ayaq üstdə ol. Səninlə bağlı hər yaxşı xəbər alanda çox sevinirəm”. 
 
Qeyd edək ki, bir müddət öncə Xalq artisti Ramiz Novruzun səhhətində problem yaranmışdı. Xalq artistinin xərçəng xəstəliyindən əziyyət çəkildiyi deyilirdi. 
 
Bahar