Ölkə 22:50 31.01.2023

XİN: Ermənistan keçmişin səhvlərindən dərs çıxarmalı, sülh müqaviləsini imzalamalıdır

Ermənistan keçmişin səhvlərindən dərs çıxarmalı, sülh müqaviləsini imzalamalıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tviterdə bildirib.

"Zaman vacibdir. Reallığa əsaslanan həqiqi siyasət yeni faciələrin qarşısını alamağa qadirdir.

İrəvan xəyallara və fantaziyalara arxalanmağı dayandırmalı, faktları qəbul etməlidir", - deyə paylaşımda qeyd olunub.