Xocavənddə aşkarlanan Ermənistana məxsus helikopterin qalıqları (VİDEO/FOTO)
Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonunun Tuğ kəndi ərazisində aşkarlanan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqlarının görüntülərini yayıb.
Qaynarinfo xəbər verir ki, görüntülərdə II Qarabağ müharibəsi zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən vurulan helikopterin tamamilə məhv olduğu məlum olur
Qeyd edək ki, avqustun 11-də Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər