Ölkə 17:02 21.02.2023

Xüsusi karantin rejiminin müddəti yenidən uzadıldı

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, xüsusi karantin rejiminin müddəti 1 may tarixinədək uzadılıb.

Qeyd edək ki, ölkədə xüsusi karantin rejiminin müddəti 1 martda başa çatırdı.