Yağış yağdı, Şəmkir şəhərində və Zəyəmdə evləri su basdı (FOTO/VİDEO)
Ötən gecədən başlayaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Şəmkir rayonunun bəzi ərazilərinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
FHN-dən Qaynarinfo-ya bildirilib ki, bununla əlaqədar dərhal nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
Hazırda Şəmkir şəhəri və rayonun Zəyəm qəsəbəsində su basmış yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri davam etdirilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər