İdman 16:55 24.02.2023

Yanğında yaralandı, xəstəxanada dünyasını dəyişdi - 22 yaşlı futbolçu

Ötən ilin dekabrında Almaniyada baş verən yanğında ağır yaralanan 22 yaşlı futbolçu Bilal Özkaradan pis xəbər gəlib.

Qaynarinfo-nun məlumatına görə, Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Essen Borbeck şəhərində baş verən yanğında ağır yaralanan 22 yaşlı futbolçu həyatını itirib.

Yanğınsöndürənlər binanın damından içəri daxil olarkən 2 mərtəbəli binada yanğın baş verərkən yuxuda olan Özkara ağır yaralanmış halda liftli nərdivanla evdən çıxarılıb. Ağır yanıq xəsarətləri alan gənc futbolçu xəstəxanaya aparılıb. Almaniya 3-cü Liqasında (Oberliqa) mübarizə aparan "Sxermbek"də çıxış edən Özkara üçün yardım kampaniyası başladılsa da futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Futbolçunun cənazəsi fevralın 24-ü cümə günü qılınacaq cənazə namazından sonra Rurdakı türk məscidində dəfn ediləcək.

Səbuhi Həsənov