Ölkə 21:14 19.08.2022

Yanğınlar nəzarətə götürülüdü

Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınlar nəzarətə götürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün keçirdiyi müşavirədə deyib.

Nazir Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınların nəzarətə götürüldüyünü, bəzi tüstülənmə ocaqlarının söndürülməsi və soyutma işlərinin davam etdirildiyini bildirib.