Sənət 11:23 26.01.2023

Yazıçı Anardan birlik çağırışı: “Kino adamları bir yerdə olmalıdır”

"Mən istərdim ki, kino xadimləri bir ittifaqda birləşsin, birgə fəaliyyət göstərsin”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq yazıçısı, Rasim Balayevin rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü Anar Rzayev deyib. 

Xalq yazıçısı Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi ittifaqın üzvlərinin istefasından məlumatsız olduğunu deyib: "Onların nə üçün istefa verdiyini bilmirəm, məlumatsızam, hər halda fikirlərin bilsək, mövqe bildirə bilərik. Kino adamları bir yerdə olmalıdır, düşünürəm ki, prosses ona doğru gedir”. 

Qeyd edək ki, bir qrup kino xadimi Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzlüyündən istefa verib. İstefa verənlərin arasında Xalq artistləri Əbdül Mahmudov, Ramiz Məlikov, Tariyel Qasımov, Əməkdar artistlər Gülşad Baxşıyeva, Münəvvər Əliyeva, Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi Yavər Rzayev, həmçinin Yusif Quliyeva, Reyhan İsayeva, Yalçın Verdiyev və başqalarının adı var. 

Bahar Rüstəmli