İdman 17:48 13.02.2023

Yeni müqavilə bağladı, 17 gün sonra karyerasını bitirdi

Türkiyə millisinin sabiq futbolçusu Emre Çolak karyerasını bitirib.

Qaynarinfo-nun məlumatına görə, futbolçu İspaniyanın 3-cü Liqa komandalarından biri olan "Intersiti" ilə müqavilə imzalayandan 17 gün sonra karyerasını bitirdiyini açıqlayıb.

31 yaşlı futbolçu bu elanı sosial media hesabından paylaşıb və "Üzərimdə əməyi keçən hər kəsin əlindən öpürəm. Allah sizi qorusun. Bu gündən sonra ailəmin xoşbəxtliyi üçün yaşayacam. Ölüm var, sevdiklərinizlə vaxt keçirin” yazıb.

Futbolçu karyerasına "Qalatasaray"ın akademiyasında Çolak daha sonra İspaniyada "Deportivo"ya transfer olunub. Ardınca Səudiyyə Ərəbistanının "Al Vehda" klubuna keçən futbolçu bir müddət sonra yenidən "Deportivo"ya qayıdıb və keçmiş komandasının formasını 6 ay geyinib.

2021-ci ildə Türkiyəyə qayıdan Emre "Karagümrük", "Hatayspor", "Başakşehir" və "Göztəpə"nin formasını geyinib. İspaniyanın üçüncü liqa komandalarından olan "Intersiti" ilə ötən ayın sonunda mövsümün sonuna qədər müqavilə imzalayan 31 yaşlı futbolçu bundan cəmi 17 gün sonra aktiv futbolçu karyerasına son verdiyini açıqlayıb.

Səbuhi Həsənov