İdman 13:17 22.09.2022

Yığmamızın Qazaxıstanla matçının hakimləri müəyyənləşdi

Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununun təyinatları bəlli olub.

Qaynarinfo xəbər verir ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Harm Osmersə Robert Kempter və Dominik Şaal köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

Hakim-inspektor ispaniyalı Manuel Diaz Vega, UEFA nümayəndəsi isə estoniyalı Veiko Soo olacaq.

Sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan millisi bu gün Millətlər Liqasının 5-ci turu çərçivəsində Trnavada Slovakiya ilə üz-üzə gələcək.
 
Səbuhi Həsənov