Ölkə 18:34 24.11.2022

Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 872 nəfər müalicə olunaraq sağalıb, 9 975 nəfər vəfat edib, aktiv xəstə sayı 280 nəfərdir.

Ölkədə son sutka ərzində 2043, hazırkı dövrədək isə 7 365 617 test aparılıb.

Ötən gün 397 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 93, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 76, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 182, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 46 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 920 060, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 203, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 458, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 390 643, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 756 nəfər təşkil edir.