Sağlamlıq 16:47 21.02.2023

Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 2 nəfər vəfat edib.

Bu gün koronavirus (COVID-19) əleyhinə 456 vaksin vurulub.

Bildirilib ki, bir gündə birinci doza üzrə 146, ikinci doza üzrə 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 148-dir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 23-dür.