Dünya 14:33 12.07.2022

YouTube Marqarita Simonyanın əri Keosayanın kanalını blokladı

YouTube təbliğatçı Tiqran Keosayanın "Keosayan Daily" kanalını bloklayıb.

"Tiqranın kanalı YouTube-da bloklandı. Təbii ki, səbəbləri izah etmədən, "bizim qaydalara zidd" olduğu qeyd edilir. Və o, yalnız xoşbəxtdir”, - Keosayanın həyat yoldaşı, RT kanalının baş redaktoru Marqarita Simonyan Telegram kanalında bildirib.

RTVI-nin məlumatına görə, Keosayan son videosunda, YouTube-da bloklanmanın niyə yaxşı olduğunu izah etməyə çalışıb.
 
Xatırladaq ki, iyun ayında Qaynarinfo KazTAG agentliyinə istinadən xəbər vermişdi ki, Keosayan Qazaxıstanda terrorçular və "Qazaxıstanda arzuolunmaz digər elementlər"lə eyni siyahıya salınıb və sərhəddə onun üzərinə "qırmızı bayraqlar" vurulub.
 
Nizami Bağırov