Dünya 10:43 31.08.2022

Yunanıstan NATO və onun müttəfiqlərinə meydan oxuyur – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Yunanıstanın təxribatçı hərəkətləri qəbuledilməzdir və NATO-ya meydan oxuyur.

Bu barədə Qaynarinfo "Anadolu” agentliyinə istinadən xəbər verir.

"Bir əsr əvvəl olduğu kimi, Yunanıstandan istifadə edərək vaxtımızı və enerjimizi boş yerə sərf etməyə çalışanların əsl niyyətlərini bilirik. Yunanıstan nə siyasi, nə iqtisadi, nə də hərbi baxımdan bizim rəqibimiz deyil”, - Ərdoğan yunanlar ilə müharibədə qələbə gününə həsr olunmuş qala-konsertdə iştirak edərkən deyib. 
Prezident Ərdoğan Yunanıstanın təxribat xarakterli hərəkətlərinin qəbuledilməz olduğunu qeyd edib:

"Yunanıstan hava məkanımızın pozulması ilə başlayan və təyyarəmizin S-300 radarlarının tutulması ilə davam edən hərəkətləri ilə NATO və müttəfiqlərinə meydan oxudu”.

Türkiyə dövlətinin başçısı F-35 döyüş təyyarələrinin tədarükü məsələsinə də toxunub:

"Bizə verilməyən F35-ləri Yunanıstana təklif etməklə, ABŞ Rusiyanın hava hücumundan müdafiə sistemlərinin yolunu açdı, çünki onlar bu təyyarələrlə eyni sistemə düşdülər. Aldığımız hava hücumundan müdafiə sistemlərinə görə bizə F-35 vermədilər. Bizim vecimizə deyil. Bizə verilməsində imtina edilən istənilən məhsulu istehsal etmək imkanımız var”.

Nizami Bağırov