Dünya 09:31 01.03.2023

Yunanıstanda qatar qəzası: Ölənlərin sayı artır (YENİLƏNİB)

Yunanıstanın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 32 nəfər çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Yanğınsöndürmə Xidmətinin sözçüsü Vasilis Vatrakoyannis ildirib. 

Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan 85 hospitala yerləşdirilmişdi: "Onlardan 53-nün müalicəsi stasionar şəraitdə davam edir”.

08.25
 
Yunanıstanın Larisa şəhəri yaxınlığındakı Evanqelizmosda sərnişin qatarı qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, Afina - Saloniki marşrutu ilə hərəkət edən sərnişin qatarı gecə yarısı yük qatarı ilə toqquşub. Daha sonra sərnişin qatarının 3 vaqonu relsdən çıxaraq aşıb və yanıb.

Qəzada 29 nəfər ölüb, ən azı 85 nəfər xəsarət alıb, onlar xəstəxanalara çatdırılıblar.

Hadisə yerinə 150 yanğınsöndürən, 40 təcili tibbi yardım maşını və 15 patrul maşını ilə 32 polis əməkdaşı cəlb olunub.