Futbol üzrə İtaliya çempionatının A Seriyasının prokuroru "Yuventus”un fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə klubun ölkə birinciliyində topladığı xalların 15-ni silib.
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Nəticədə klub turnir cədvəlində 3-cü pillədən 11-ci pilləyə enib.
Eyni zamanda klub rəhbərliyində yer almış Fabio Paratiçi 2.5, Andre Anyelli və Mauritsio Arrivabene 2 il, Federiko Çerubini 1 il 4 ay, Pavel Nedved isə 8 ay diskvalifikasiyaya məruz qalıb.
Qeyd edək ki, İtaliya Futbol Federasiyasının prokurorluğu maliyyə fırıldaqlarına görə Turinin "Yuventus” futbol klubundan ölkə çempionatında doqquz xalın silinməsini tələb etmişdi.
Şərhlər