Ölkə 14:49 19.08.2022

Zabuxdan çıxan daha bir erməni evini yandırdı (VİDEO)

Laçının Zabux kəndini tərk edən daha bir erməni evini yandırıb.  

Qaynarinfo xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.

Yayılan kadrlarda görünür ki, kənddən köçməyə hazırlaşan erməni sakin evinə od vuraraq yandırır. 

Qeyd edək ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması üçün avqustun sonunadək vaxt verilib.