Ölkə 16:57 17.06.2022

Zaur Mikayılov Alimpaşa Məmmədovun kadrlarını işdən çıxardı - TƏYİNAT

Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən azad olunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun müvafiq əmri ilə  idarənin rəisi Mirbəşir Mirələkbər oğlu Ələsgərov işdən çıxarılıb. Onun yerinə bu gün Xəlilov Tahir Məmmədli oğlu təyin edilib. 

Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsinin rəisi Vaqif Məmmədovun da vəzifəsindən uzaqlaşdırıldığı deyilir. Onun yerinə isə hələlik təyinat yoxdur. 

Xatıraldaq ki, hər iki idarə rəisi DTX tərəfindən həbs edilən Şəmkir İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun yaxın adamları sayılır. Vaqif Məmmədov Alimşapa Məmmədovun rayonda biznes ortağı kimi də tanınır.

Belə ki, Alimpaşa Məmmədov icra başçısı olduğu dövrdə vəzifəsindən sui-istifadə edərək "Çinarlı Qəsəbə”nin bütün paylarını oğlu Adil Adilzadəyə və tabeliyində fəaliyyət göstərən digər şəxslərə məxsus "Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satıb. Hazırda "Çinarlı Qəsəbə” MMC-nin qanuni təmsilçisi Məmmədov Vaqif İsrafil oğludur.

Əhməd