Dünya 19:35 04.05.2022

Zaxarova: “Ukraynada israilli muzdlular döyüşür”

Rusiya Ukraynada Azov batalyonu ilə bir yerdə israilli muzdlu döyüşçülərin döyüşdüyünü iddia edib.

Qaynarinfo "Kyivpot” saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziriliyi sözcüsü Mariya Zaxarova bildirib.

"İsrailli muzdlular Ukraynadakı Azov döyüşçüləri ilə praktiki olaraq çiyin-çiyinədir”, deyə Zaxarova "Sputnik" radiosuna müsahibəsində qeyd edib.

Sağçı Azov aktivistləri 2014-cü ildən Donbas ərazisində döyüşmək üçün silaha sarılandan sonra məşhurlaşıblar. 

Rusiya ordusuna ən böyük müqaviməti hələ də Mariupol şəhərindəki "Azovstal” zavodu ərazisindəki bunkerdə gizlənən "azovçular" göstərir. İki gün əvvəl Sergey Lavorun Hitlerin yəhudi kökənli olması ilə bağlı fikirlərindən sonra İsrail və Rusiya arasında gərginlik artıb. Zaraxovanın bugünki israilli muzdlularla bağlı ittihamı gərginliyi bir az da artıracaq. 

Nurlan