Dünya 16:10 08.02.2023

Zelenski Böyük Britaniyada: Baş nazir onu hava limanında qarşıladı

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyaya səfər edib. Onu hava limanında krallığın Baş naziri Rişi Sunak qarşılayıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Rişi Sunak "Twitter"də yazıb.

"Birləşmiş Krallığa xoş gəlmisiniz, Prezident Vladimir Zelenski. Ukraynaya eşq olsun", deyə mesajda deyilir.

Sunak Zelenski ilə enmə zolağında təyyarənin yanında fotosunu yayımlayıb.

"Böyük Britaniya Ukraynaya ilk yardım edənlərdən biri oldu. Mən, Britaniya xalqına dəstəyə görə, Baş nazir Rişi Sunaka isə liderlik mövqeyinə görə şəxsən təşəkkür etmək üçün bu gün Londondayam", - Volodimir Zelenski Britaniyaya gəldikdən sonra rəsmi Telegram kanalında bildirib.

Bildirilir ki, bu gün onlar Dauninq-stritdə danışıqlar aparacaqlar və Sunak Ukrayna qoşunlarının və pilotlarının təlimi, eləcə də Kiyevə uzaqmənzilli silahların tədarükü üçün genişləndirilmiş proqramı elan edəcək.

Bundan əvvəl Bukingem Sarayı da Kral Çarlzın bu gün Zelenskini qəbul edəcəyəni təsdiqləyib. 

Zelenskinin Britaniya parlamentində də çıxışı gözlənilir.

Nizami Bağırov