Dünya 12:30 01.12.2022

Zelenski İlon Maskı Ukraynaya dəvət etdi: “Gəl, sonra bizə yol göstər”

Ukrayna prezidenti Vladimir Zelenski amerikalı iş adamı İlon Maskı ölkəyə səfərə dəvət edib və ondan sonra münaqişəyə son qoymaq yolları təklifini dinləyəcəyini bildirb.

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, "New York Times” kitab forumunda onlayn çıxışı zamanı Zelenski Maskı gəlib zərər və dağıntıları yerində görməyə çağırıb. "Bundan sonra siz bizə döyüşləri necə bitirəcəyimizi söyləyərsiniz", - deyə Ukrayna lideri əlavə edib.

Xatırladaq ki, daha əvvəl Mask bildirmişdi ki, Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişənin həlli BMT-nin nəzarəti altında Rusiya Federasiyasının yeni regionlarında təkrar referendumların keçirilməsi ola bilər. İş adamı qeyd edib ki, referendumdan sonra BMT-nin nəzarəti altında Rusiya Federasiyası "əgər sakinlərin seçimidirsə” regionları tərk edəcək. Onun sözlərinə görə, Krım rəsmi olaraq Rusiyanın bir hissəsi olacaq. İş adamı əlavə edib ki, Krıma da su təminatı veriləcək, Ukrayna isə neytral dövlət olaraq qalacaq. Onun açıqlamaları Ukrayna hakimiyyətinin və ictimaiyyətinin narazılığına səbəb olub.

Alpər