Bazar günü axşam Gürcüstanın Dmanisi bələdiyyəsində 5,3 bal gücündə zəlzələ baş verib.
Qaynarinfo xəbər verir ki, bu haqda ölkənin Seysmik Monitorinq üzrə Milli Mərkəzi məlumat
yayıb.
Departamentin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 23:35-də qeydə alınıb. Onları Tbilisi və Gürcüstanın digər şəhərlərinin sakinləri hiss ediblər, hazırda dağıntılar barədə məlumat yoxdur.
Öz növbəsində Ermənistan Fövqəladə Hallar Nazirliyi də Gürcüstanla sərhəd yaxınlığında 4,6 bal gücündə zəlzələ barədə məlumat yayıb.
Ermənistan regional Seysmik Mühafizə Xidmətinin məlumatına görə, seysmik hadisənin mənbəyi 14 km dərinlikdə, zəlzələnin ocağında təkanların gücü 6 bal olub. Zəlzələ Ermənistanın 5 rayonunun sakinləri tərəfindən hiss olunub və hazırda dağıntı qeydə alınmayıb.
Alpər
Şərhlər