Ölkə 10:59 23.02.2023

Zəngilanda 30 il sonra ilk körpə dünyaya gəldi

Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəlib.

Bu barədə Qaynarinfo-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 15-də anadan olmuş ilk körpə Zeynallı Turan Teymur oğlunun doğumu 22.02.2023-cü ildə valideynləri hər hansı quruma getmədən nazirliyin müasir innovativ "Mobil əhali” tətbiqi üzərindən dövlət qeydiyyatına alınıb və doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunub.