Son statistikaya görə, Azərbaycanda hər gün ortalama 36 ailə boşanır. Boşanmaların faizi paytaxt Bakıda daha böyük və narahatedici səviyyədədir.

Sizcə boşanmaların sayına təsir edən əsas amillər hansılardır?

Sosial durummu, bir çox ailələrdə uşaqların olmamamısımı, məişət zorakılığımı?

Bəs ailə modelimiz, mental dəyərlərimizin hansısa təsiri varmı?

İstərdik ki, təkcə qoyulan suallara cavab yazmaqla kifayətlənməyəsiniz, həm də öz ailə təcrübənizi bölüşəsiniz. Məsələn, siz ailədə mübahisələri, problemləri necə yoluna qoyursunuz? Bir-birinizə nə dərəcədə dəstək ola bilirsiniz? Ailəyə yetərincə zaman ayıra bilirsinizmi?

Ən, nəhayət, xoşbəxtsinizmi?...