Hal-hazırda artıq çəki problemindən çoxları əziyyət çəkir. Artıq çəki ilə mübarizə aparmamışdan qabaq ideal çəkinizi müəyyənləşdirmək lazımdır.

Bunun üçün adətən aşağıdakı formuladan istifadə olunur:

- Boyun uzunluğu 165 sm-dək olarsa, ideal çəki = boyun sm-lə olan ölçüsü - 100

- Boyun uzunluğu 166-175 sm-dək olarsa, ideal çəki = boyun sm-lə olan ölçüsü - 105.

- Boyun uzunluğu 175 sm-dən artıq olarsa, ideal çəki = boyun sm-lə olan ölçüsü - 110.

Əgər sizin bədən quruluşunuzun tipi astenikdirsə (uzun ətraflar, uzun nazik boyun, nazik sümüklər), onda alınmış nəticəni 10% azaltmaq lazımdır. Əgər sizin bədən quruluşunuzun tipi hiperstenikdirsə (iri sümüklər, qısa ayaqlar, enli çiyinlər, enli döş qəfəsi və çanaq sümüyü), onda alınmış nəticəni 10% artırmaq lazımdır. Normal proporsional bədən quruluşunda formulaya uyğun aparılan hesablamanın nəticəsi sizin ideal çəkiniz hesab olunur (misal üçün, boy 168-105=63 - ideal çəki).

Sizin də artıq çəki probleminiz varsa, bununla necə mübarizə aparırsınız? Uğurlu nəticələriniz varsa, məsləhətlərinizi paylaşmaqdan çəkinməyin.