Aysel Novruz

Qızlar, sevin.

Çox yox, ürəkdən sevin, cəsarətlə sevin. İçdiyi stəkandan içə biləcək, göz yaşlarını öpərək quruda biləcək kimi sevin.

Sevgidə simiclik olmaz. Heç kim çox sevməz. Çünki sevgi ya vardır, ya yoxdur. Çoxlu sevgi olmur. Bütün əxlaqınla, imanınla, güvəninlə, içindən gələrək olur.
Bir kişini zərafətinizlə sevin, qızlar.

Ona qulluq etməkdən zövq alın. Birinin qadını olmaq hər şeydən əvvəl qadın olmağı bacarmaqdır.

Sevginiz çox yox, böyük olsun. Sizin deyil, sevdiyinizin gücü qədər olsun.

Sonra bir işiniz olsun. Adı karyera olmasa da olar. Karyera üçün sərf edilməz həyatlar. Pul gətirən bir iş olsun. Sevginizi və sevdiyinizi xərcləyəcək qədər pul yox, sizi həyatın qışından qoruyacaq qədər pul.

Bu pulu heç bir kişi üçün qurban verməyin. Bu pul çox deyil, böyük bir dayaqdır həyatınızda.

Kimi sevirsiniz sevin, sizi yıxılmağa qoymayan sənətinizdən heç bir sevgi üçün vaz keçməyin. Sonra "niyə" sualınıza o böyük sevdiyiniz adamdan "bağışla" deyə bir cavab aldığınızda o balaca pul sizi kiçilməkdən xilas edəcək.

Sevdiyiniz kişini şərtsiz sevin, ürəyinizi açın, amma gözlərinizi yummayın.

Zira dünyada aşiq olduğun bütün adamlar yaxşı adamlardırlar. Amma onların çoxu yaxşı adamlıqlarını sizin eşqinizə borcludurlar.

Çox sevmək olmur. Sevmək olur.

Sevgi ya var, ya yoxdur.

Heç kimi özünüzdən vaz keçərək sevməyin.

Hələ bu məmləkətin adamları... Azadlığını əldə etməmiş bir kişi heç vaxt bir qadını sahiblənə bilməz.

Kişiləri azad olmayan məmləkətin qadınları qəhrəman olar.

Doyunca sevin. Allahın lütfüdür bu.

Qaynar.Az