Rusiya Federasiyasının Cənub Hərbi Dairəsi qoşunlarının komandanı, general-polkovnik Aleksandr Dvornikov Rusiya aviasiya bölmələrinin “Erebuni” hərbi bazasında döyüş hazırlığını yoxlayıb.

Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Təlimlər zamanı “Alagöz” təlim sahəsində MİQ-29 qırıcıları, Mİ-8 və Mİ-24 helikopterləri şərti düşmənin zirehli texnikalarına atəş açıb, həmçinin 200 metrdən 3000 metrədək məsafədə hava döyüşünü yerinə yetiriblər.(azvision.az)

Qaynar.Az