Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması vacib arqumentdir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə rusiyalı politoloq, sosioloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin deyib.

Onun sözlərinə görə, əgər yaxın zamanlarda tərəflər Azərbaycanın işğal olunmuş beş rayonunun qaytarılması barədə razılıq əldə edə bilsələr, bu Rusiya-Azərbaycan münasibətlərində vacib məqam olacaq: “Bununla belə, Qarabağın özü və digər iki rayonla bağlı vəziyyət daha mürəkkəbdir və bunun üçün daha çox vaxt lazım ola bilər”.

Qaynar.Az