İlham Əliyev Gülüstandakı partlayışla bağlı başsağlığı verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kömür mədənindəki partlayışla bağlı həmkarı Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.


"Qaynar" xəbər verir ki, başsağlığı mətnində deyilir:

"Hörmətli cənab Prezident,
Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"

Qaynar.Az