Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

"Qaynarinfo"-nun məlumatına görə, Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əkili qoyub, ehtiramını bildirib.

Sonra akademik Zərifə Əliyeva, görkəmli dövlət xadimi Əziz Əliyev və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları ziyarət edilib, gül dəstələri qoyulub.

Ziyarət mərasimində dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.

Qaynarinfo.Az